39 yaşlı britaniyalı pilot və yeddiqat Formula 1 çempionu Lyuis Həmilton sosial şəbəkə hesablarında “Mercedes” komandasının bütün işçilərinə həsr olunmuş yazı yerləşdirib.
“Əbu-Dabi, Kuala-Lumpur və Ştutqartdan sonra hər şey burada bitir. Bu, mənim evimdir. Brkli və Briksvortda işləyən minlərlə insana müraciət edirəm, siz mənim dostlarım və komanda yoldaşlarım olmusunuz, bütün zəhmətinizə və dəstəyinizə görə nə qədər minnətdar olduğumu deyə bilmərəm”, – deyə Lyuis sosial şəbəkə səhifəsində yazıb.
Xatırladaq ki, britaniyalı pilot gələn ildən etibarən “Ferrari” komandasının şərəfini qoruyacaq.