Misli Premyer Liqasının 17-ci turunda bu gün keçirilməli olan “Şamaxı” – “Səbail” oyunu nəzərdə tutulan vaxtdan gec başlayacaq.

Futbolinfo.az xəbər verir ki, buna Şamaxı stadionununda meydançanın qardan təmizlənməsi səbəb olub.

Hazırda meydançada təmizləmə işləri aparıldığından qarşılşamanın start fiti saat 14:20-da çalınacaq.

Daha əvvəl görüşün başlama vaxtı saat 14:00-a təyin olunmuşdu.

Shares: