Trent Aleksander-Arnold “Liverpul”dan ayrılacağı haqda xəbərləri təkzib edib. “Real”la danışq apardığı deyilən cinah müdafiəçisi klubunu dəyişmək niyyətində deyil.

Futbolinfo.az xəbər verir ki, mövsümün sonunda İngiltərə klubu ilə müqaviləsi bitən Trentn azad agent kimi Madridə yollanacağı deyilir. Amma o, mersisaydlıların azarkeşlərini sakitləşdirib: “Təxminən 20 ildir “Liverpul”dayam, bu klubda böyümüşəm. İndiyədək 4-5 dəfə müqaviləmi yeniləmişəm. Heç birində ictimaiyyətə öncədən bilgi verilmədi. Yenə istisna olmayacaq”.

26 yaşlı futbolçu uşaq yaşlarından “Liverpul”dadır. O, 2016-cı ildə əsas komandada debüt edib.

Shares: