“Ayın qolu” layihəsi çərçivəsində noyabr ayının ən yaxşı qolunun müəllifi olan “Neftçi”nin futbolçusu Murad Məmmədov mükafatlandırılıb.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 17-ci turunda bu gün “Kəpəz”lə matçdan əvvəl ona mükafat təqdim olunub.

Mükafatı “Neftçi Arena”da Peşəkar Futbol Liqasının Texniki-İdman direktoru Elgiz Abbasov təqdim edib.

Shares: