DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Ukrayna yığması yoldaşlıq görüşləri keçirəcək.
Futbolinfo.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Sergey Rebrov açıqlayıb.
Mütəxəssis bildirib ki, 2025-ci ilin iyununda 2 sınaq matçı keçirəcəklər. O, bu qarşılaşmaların dünya çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyacağını vurğulayıb: “Sentyabrda 2 rəsmi oyunumuz olacaq. Həmin görüşlərdəki rəqiblərə uyğun komandalarla yoxlama matçı keçirməyə çalışacağıq. Hazırda bir neçə federasiya ilə danışıqlar aparırıq”.
Qeyd edək ki, Ukrayna yığması sentyabrın 9-da 2-ci tur çərçivəsində millimizin qonağı olacaq.