“Mingəçevir”in baş məşqçisi Ədəhim Niftəliyev “İmişli” ilə oyundan sonra fikirlərini bölüşüb.

I Liqa təmsilçisinin çalışdırıcısı futbolinfo.az saytına açıqlamasında sonuncu pillədə qərar tutmaqlarından narahatlığını ifadə edib: “Məqsədimiz “İmişli” ilə oyundan 3 xalla ayrılmaq idi. Turnir cədvəlinin sonuncu pilləsində olmaq bizi  çox narahat edir. Bizim komanda buna layiq deyil.Ən azından itirdiyimiz xalları hesablasaq, 5-ci və ya 6-ci pillədə olası komandayıq. Sonuncu yerdə olmağımız komandamızın heyətində zədəli futbolçuların çoxluğu ilə əlaqəlidir. Demək olar, hər oyun komandamızın bir futbolçusu zədə ilə üzləşir. Buna baxmayaraq, çempionluğa oynayan “İmişli”dən bir xal almaq bizi sevindirdi. Əsas məqsdimiz evdə uduzmamaq idi. Qış fasiləsinədək keçirəcəyimiz iki oyundan da yaxşı nəticə əldə edib sonuncu pillədən qurtulmaq istəyirik. Komandamızın heyətini gücləndirə bilsək, çempionatı heç olmasa, irəli pillələrdə başa vura bilərik”.

Qeyd edək ki, “Mingəçevir” 9-cu tur çərçivəsində doğma azarkeşlər önündə “İmişli” ilə 0:0 hesablı heç-heçə edib.

BƏHRUZ MUSAYEV

Shares: