“Mançester Siti”nin futbolçusu Erlinq Haland həndbol üzrə Norveç millisinin baş məşqçisi Torir Hergeyrsonun uşqalıqda ona verdiyi məsləhət haqqında danışıb.
“Həqiqətən də o, mənim həndbolla məşğul olmağımı istəyirdi. Torir futbolu deyil, həndbolu seçməyimi xahiş edirdi. Həndbolda uğur qazana biləcəyimi güman edirəm. Amma seçimimdən narazı deyiləm. Fikrimcə, düzgün qərar verib futbolu seçmişəm”, – deyə Erlinq qeyd edib.
Xatırladaq ki, həndbol üzrə Norveç millisi dünyanın ən güclü komandalarından biridir.