FİA-nın prezidenti Məhəmməd Bin Sulayem Forula 1 pilotlarının ictimai işlərə təhkim edilə biləcəklərinə eyham vurub. O bunu Maks Ferstappenin Ruandada gənclərlə görüşündən sonra deyib.

“Maks öz vədinə əməl etdi. Belə ictimai işləri hər bir kəs, hər çempion etməlidir.

Əgər rəngarənglik axtarırıqsa, bu, əsl fərqlilikdir. Məsələ maşınlarda deyil, həmin insanlarda idi. Fikrimcə, gələcəkdə bunu cəza kimi tətbiq etməyəcəyik. Bu, pilotların öz istəyi ilə olmalıdır. Ola bilsin ki, gələcəkdə lisenziya verilərkən bunu müqavilənin bəndinə əlavə edəcəyik”, – deyə Sulayem qeyd edib.

Shares: