Bu gün Misli Premyer Liqasında 17-ci tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, son gündə bir oyun baş tutacaq.

“Qarabağ” bu turda “Sumqayıt”la qarşılaşacaq. Ağdam klubu bu oyunda qalib gəlsə, yenidən liderliyi ələ keçirəcək.

Turun əvvəlki oyunlarından “Şamaxı” – “Səbail” və “Zirə” – “Turan Tovuz” görüşləri qolsuz bitib. “Araz-Naxçıvan” “Sabah”a (0:1) məğlub olubsa, “Neftçi” “Kəpəz”ə (2:1) qalib gəlib.

Misli Premyer Liqası
17-ci tur

16 dekabr

“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Asiman Əzizli, Əkbər Əhmədov.
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Shares: