“Bayern” “Atletik”dən ispaniyalı vinger Niko Uilyamsı və “Ayntraxt Frankfurt”dan misirli hücumçu Ömər Marmuşu almaqda maraqlıdır. Bu barədə “Sport Bild”dən jurnalist Kristian Falk məlumat verib.

Mənbənin məlumatına görə, “Bayern” rəhbərliyi komandanı gücləndirmək üçün bu iki futbolçu ilə müqavilə imzalamaq niyyətindədir. Münhen komandası 3 futbolçudan da xilas olmaq istəyir: fransalı vinger Kinqsli Koman, almanlar Leroy Zane və Serj Qnabri.

Bundan əlavə, “Bayern” rəhbərliyi əvvəllər “Çelsi”nin sol cinah oyunçusu Mixail Mudriklə danışıqlar aparsa da, indi onun adı son dopinq qalmaqalına görə transfer hədəfləri arasında çəkilmir.

Xatırladaq ki, 15 oyundan sonra “Bayern” Bundesliqa turnir cədvəlinin lideridir.

Shares: