DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Ukrayna yığmasının 2024-cü il üçün ən yaxşı futbolçusu müəyyənləşib.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, azarkeşlər arasında bununla bağlı sorğu keçirilib. Hamıdan çox səs toplayan “Bornmut”un müdafiəçisi İlya Zabarnı ilin ən yaxşısı adına layiq görülüb. O, “Benfika”nın qapıçı Anatoli Trubin və “Çelsi”nin yarımmüdafiəçisi Mixail Mudriki qabaqlayıb.

Ukrayna millisinin il ərzində ən yaxşı oyunu isə Avropa çempionatının pley-off mərhələsində digər rəqibimiz İslandiya ilə keçirdiyi matç (2:1) seçilib.

Qeyd edək ki, İlya Zabarnı 2024-cü ildə Ukrayna millisinin heyətində 11 oyun keçirib.

Shares: