Ukraynalı futbolçu Maksım Feşuk millinin DÇ-2026-nın seçmə mərhələsinin qrup mərhələsindəki şanslarını dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, 39 yaşlı hücumçu yerli mətbuata açıqlamasında püşkatmanın nəticələri barədə danışıb.

O, D qrupuna düşmələrini özləri üçün üstünlük hesab edib: “Düşünürəm ki, müəyyən qədər bəxtimiz gətirdi. Axı, həm üçüncü, həm də dördüncü səbətdə yer alan komandalar olan İslandiya və Azərbaycan ən güclü rəqiblər deyil. Bu baxımdan müsbət cəhətləri görürəm. Yeganə sual Fransa, yoxsa Xorvatiyanın qrupa gəlməsidir. Ancaq ümumilikdə püşk bizim üçün yaxşıdır”.

Qeyd edək ki, Ukrayna millisi seçmə mərhələdə İslandiya, Azərbaycan və UEFA Millətlər Liqasının 1/4 final cütünün (Fransa – Xorvatiya) qalibi ilə qarşılaşacaq. Millimiz sentyabrın 9-da II tur çərçivəsində ukraynalıları qəbul edəcək.

Shares: