Ukrayna millisinin aparıcı futbolçularından olan Mixail Mudrikin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə oyunları buraxacağı gözlənilir. 23 yaşlı yarımmüdafiəçi müsbət dopinq testinə görə 4 illik diskvalifikasiya ilə üzləşə bilər.

Oyunçunun “A” nümunəsində qadağan olunmuş maddə aşkar edilib. Yaxın günlərdə “B” nümunəsinin açılması gözlənilir.

Qeyd edək ki, Mudrik 2023-cü ildən İngiltərənin “Çelsi” klubunda çıxış edir. Onun London təmsilçisi ilə müqaviləsinin müddəti 2031-ci ilin yayınadək qüvvədədir. Azərbaycan millisi Ukrayna ilə ilk oyununu 2025-ci il sentyabrın 9-da evdə, növbəti qarşılaşmasını isə oktyabrın 13-də səfərdə keçirəcək.

Shares: