Tanınmış jurnalist və insayder Kris Medland yeni zelandiyalı pilot Liam Lousonun 2025-ci il mövsümündə “Red Bull” komandasının sürücüsü olacağını bildirib.

Medland özünün X səhifəsində bununla bağlı belə yazıb: “Çox güman ki, Liam Louson 2025-ci ildə “Red Bull”da fəaliyyətə başlayacaq”.

Xatırladaq ki, Louson ötən mövsümü RB-nin heyətində keçirib və mövsüm ərzində dörd xal toplayıb. Pilotların çempionatında o, turnir cədvəlində 21-ci yeri tutub.

“Red Bull” rəhbərliyi 2025-ci il mövsümü üçün sürücülərin heyətini yeni ilə qədər elan edəcəklərini açıqlayıb.

Shares: