“Transfermarkt” İtaliya A Seriyasının oyunçularının transfer qiymətlərini yeniləyib.

Portal ən bahalı futbolçulardan ibarət rəmzi komandanı tərtib edib.

“Transfermarkt”a görə ən bahalı futbolçulardan ibarət A seriyasının rəmzi komandası belədir: Mik Maynyan (Milan) – 35 milyon avro, Federiko Dimarko (İnter) – 60 milyon avro, Alessandro Bastoni (İnter) – 75 milyon avro, Bremer (Yuventus) – 60 milyon avro, Nikolo Barella (İnter) – 80 milyon avro, Ederson (Atalanta) – 50 milyon avro, Xviça Kvaratsxeliya (Napoli) – 85 milyon avro, Teyani Reynders (Milan) – 50 milyon avro, Kristian Pulişiç (Milan) – 50 milyon avro, Markus Türam (İnter) – 75 milyon avro, Lautaro Martines (“İnter”) – 100 milyon avro .

İtaliya çempionatının turnir cədvəlinə hazırda “Atalanta” başçılıq edir. Komanda 16 görüşdə 37 xal toplayıb.

Shares: