“Mançester Yunayted”də Harri Maquayra münasibət dəyişib. İngiltərə nəhənginin satmaq istədiyi mərkəz müdafiəçisi yeni baş məşqçi Ruben Amorimin gəlişindən sonra daha çox etimad qazanıb.

Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 31 yaşlı oyunçunun üçlü müdafiədə ideal oynadığını düşünür. Bu səbəbdən onun qalmasına qərar verilib. Amorimin rəyindən sonra klub Maquayrla müqavilənin müddətinin uzadılması üçün danışıqlara başlayıb.

2019-cu ildən “Mançester Yunayted”də oynayan Maquayrla müqavilə mövsümün sonunda başa çatır.

Shares: