“Qarabağ”ın hücumçusu Olavio Juninyo “Sevilya”ya keçməyə çox yaxındır.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu transfer “Fənərbaxça” klubunda təəssüf hissi yaradıb.
Məsələ burasındadır ki, braziliyalı forvardın mövsümün əvvəlində İstanbul nəhənginə keçmək variantı olub. Lakin “sarı-lacivərdlilər” başqa variantlara üstünlük verib. Juninyonun La Liqa təmsilçisi “Sevilya” ilə anlaşması isə “Fənərbaxça” rəhbərliyinin verdiyi qərardan peşmanlıq çəkməsinə səbəb olub.
28 yaşlı futbolçunun “Sevilya”ya transferinin “Qarabağ”a 3+1 milyon avro qazandırması gözlənilir.