İtaliya kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, bu gün son bir görüş baş tutub.
“İnter” doğma meydanda “Udineze” ilə üz-üzə gəlib. Milan təmsilçisi inamlı qələbə sayəsində 1/4 finala vəsiqə qazanıb.
“İnter” növbəti mərhələdə “Latsio” ilə qarşılaşacaq. “Milan” “Roma”nı, “Bolonya” “Atalanta”nı, “Yuventus” da “Empoli”ni sınağa çəkəcək.
İtaliya kuboku
1/8 final
19 dekabr
İnter – Udineze 2:0
Qollar: Arnautoviç, 30. Asllani, 45+2.