“Qarabağ” qış transfer pəncərəsi dövründə yeni hücumçu almağı planlaşdırır. Bu səbəbdən klub axtarışlarını sürətləndirib.

Futbolinfo.az xəbər verir ki, bu axtarışın səbəbi var. “Sevilya”dan təklif alan Olavio Juninyonun getmək ehtimalı böyükdür. Həm ispanlar yaxşı məbləğ təklif edir, həm də braziliyalı La Liqada oynamaq üçün cn atır. Eyni zamanda Redon Cicanın “Qarabağ”ı tərk edəcəyi gözlənilir. Albaniyaya qayıtmaq istəyən hücumçu qərarını verib.

Belə vəziyyətdə ağdamlılar yalnıız Musa Qurbanlının xdmətinə möhtac qalacaq. Nəinki Avropa Liqasında, elə ölkədaxili yarışlarda da digər hücumçular olmadan davam gətirmək çətindir. Baş məşqçi Qurban Qurbanov bu səbəbdən yeni namizədlərə baxmaq üçün menecerləri tələsdirir. Əks halda, heytədəki legionerlərin gedişi baş tutmayacaq.

Shares: