Serxio Ramos Argentnaya getməkdən imtna edib. “Boka Xuniors”dan təklif alan ispan müdafiəçi razılıq verməyib.
Futbolinfo.az xəbər verir ki, ötən yay “Sevilya”dan ayrıldıqdan sonra klubsuz qalan 38 yaşlı oyunçu karyerasını bitirmək istəmir. Amma o, Avropada qalmaq niyyətindədir. Ramos qış transfer pəncərəsi zamanı arzuladığı təklifin gələcəyinə ümidlidir. Əks halda, Səudiyyə Ərəbistanından aldığı təkliflərdən birini dəyərləndirəcək.
Xatırladaq ki, 16 mövsüm “Real” forması geyən Ramos, iki dəfə “Sevilya”da forma geyib, daha bir il PSJ-də oynayıb.