Seneqal Futbol Federasiyası Malik Tşaunun vətəndaşlığını dəyişməyə çalışır. O, atasına görə Afrika ölkəsinin yığmasını seçmək hüququna malikdir.
Futbolinfo.az xəbər verir ki, Seneqal əsilli müdafiəçi Finlandya vətəndaşlığına sahibdir. Amma o, futbolun sirrlərini Almaniyada öyrənib. Bundestimə kimi yüksələn oyunçu 3 matç keçirib. Lakin həmin qarşılaşmalar yoxlama xarakterli olduğundan, seneqallıların istəyinə çatması mümkündür. Mərkəz müdafiəçisi özü də Almaniya yığmasında möhkəmlənə bilməyəcəyini anladığından tarixi vətəninin komandasında çıxış etmək istəyir.
Hazırda “Milan”da çıxış edən Tşau 2022-ci ildə “Şalke”dən transfer olunub.