“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu işinin çətinliyindən danışıb. O, futbolda çalışmağın işlərdən çətin olduğunu bildirib.

Futbolinfo.az xəbər verir ki, Postekoqlu qəribə müqaysə aparıb: “Bu iş hazırda həyatın istənilən sahəsində ən çətin işdir. Baş nazir olmaq üçün neçə dəfə seçki keçirilir? 1 dəfə. Mənim isə hər həftəsonu seçkim var. Ya qalib gələcəyik, ya da uduzacağıq”.

Qeyd edək ki, 59 yaşlı mütəxəssis 2023-cü ilin iyulundan London klubunun baş məşqçisidir.

Shares: