Basketbol üzrə Avroliqa turnirində 17-ci tura start verilib.
Planlaşdırılan 3 oyundan biri baş tutmayıb. “Paris” komandasının heyətində basketbolçuların xəstələnməsi “Fənərbaxça” ilə oyunun təxirə salınmasına səbəb olub.
Son çempion “Panatinaikos” evdə “Baskoniya”nı darmadağın edib – 104:69. Digər qarşılaşma da böyük hesabla başa çatıb. Madrid “Real”ı çempionatın lideri “Monako”ya aman verməyib – 94:72. Görüşün ən məhsuldar basketbolçusu Canan Musa olub. Onun aktivində 22 xal var. Qonaq komandada isə Mayk Ceyms 19 xal toplayıb.