Britaniyanın ən nüfuzlu avtoidman nəşri “Autosport” 2024-cü ilin ən yaxşı sürücülərinin reytinqini dərc edib.
Reytinqə 2024-cü il Formula 1 çempionu Maks Ferstappen başçılıq edir. “Red Bull” sürücüsü üçün bu titul karyerasında dördüncü olub. Reytinqin ikinci pilləsində Formula 1 çempionatında üçüncü yeri tutan “Ferrari” pilotu Şarl Leklerdir. İlk üçlüyü 2024-cü il mövsümünün vitse-çempionu Lando Norris tamamlayıb.
“Autosport”a nəşrinə görə 2024-cü ilin ən yaxşı sürücülərinin reytinqi:
1. Maks Ferstappen – Formula 1 çempionu
2. Şarl Lekler – 2024 Formula 1 mövsümündə üçüncü yer
3. Lando Norris – Formula 1-in vitse-çempionu
4. Aleks Palou – IndyCar çempionu
5. Skott Makloklin – 2024 IndyCar-da üçüncü yer
6. Karlos Sayns – 2024 Formula 1-də beşinci yer
7. Paskal Verlayn – 2024 Formula E çempionu
8. Kevin Estre – Dözümlülük üzrə Dünya Çempionu (WEC)
9. Şo Tsuboi – Super Formula və Super GT çempionu – GT500
10. Tierri Nevil – Dünya Ralli Çempionu (WRC)
11. Corc Rassel – 2024 Formula 1-də altıncı yer
13. Oskar Piastri – 2024 Formula 1-də dördüncü yer
21. Pyer Qasli – 2024 Formula 1-də onuncu yer
23. Niko Hülkenberq – 2024 Formula 1-də on birinci yer
27. Lyuis Həmilton – 2024 Formula 1-də yeddinci yer
28. Qabriel Bortoleto – Formula 2 çempionu
37. Fernando Alonso – 2024 Formula 1-də doqquzuncu yer