Markus Reşford İspaniyada oynaya bilər. “Mançester Yunayted”in vidalaşmağa hazırlaşdığı hücumçu ilə “Atletiko” maraqlanır.

Futbolinfo.az xəbər verir ki, İngiltərə klubunun vidalaşmağı hazırlaşdığı cinah hücumçusu Madridə köçməyin əleyhinə deyil. Yeni baş məşqçi Ruben Amorimin heyətdə görmək istəmədiyi Reşford elə bu qış seçimin edəcək.

27 yaşlı Markus bütün karyerasını yetişdiyi “Mançester Yunayted”də keçirib. 2028-ci ilin yayına kimi müqaviləsi olan hücumçunun transfer dəyəri 55 milyon avrodur.

Shares: