Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul edilib:
U-13 Liqasının “Şağan” OİK – “Sumqayıt City” oyunu “Şağan”ın təyin edilən vaxt meydanda olmadığına görə baş tutmayıb. Buna görə “Şağan”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasının “Paralimpiya İdman Kompleksi” – “Ələt” FK oyunu “Paralimpiya İdman Kompleksi”nin təyin edilən vaxt meydanda olmadığına görə baş tutmayıb. Buna görə “Paralimpiya İdman Kompleksi” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasının “Polad” FK (Sumqayıt) – İOEUGİM (Sumqayıt) oyunu İOEUGİM (Sumqayıt) təyin edilən vaxt meydanda olmadığına görə baş tutmayıb. Buna görə İOEUGİM (Sumqayıt) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-10 Liqasının “Karvan” (Yevlax) – “Laçın” İK oyunu “Karvan” təyin edilən vaxt meydanda olmadığına görə baş tutmadığı üçün “Karvan”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlandığına görə Karvan (Yevlax) komandası yarışlardan kənarlaşdırılıb.
U-17 Liqasının “Zirə” PFK – “Səbail” PFK oyununda “Səbail”in futbolçusu Ramazan Məmmədov qarşılaşmanın 88-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığına görə 4 oyun cəzalandırılıb.
U-17 Liqasının “Araz Naxçıvan” PFK – “Qəbələ” İK oyununda “Araz Naxçıvan”ın futbolçusu Həsən Lətifov təcavüzkar davranışa görə qırmızı vərəqə aldığına görə 4 oyun cəzalandırılıb. Bu oyunda “Araz Naxçıvan”ın heyətində protokolda adı olmayan futbolçu meydana çıxdığına görə “Araz Naxçıvan”a 0:3 hesablı texniki məğlubiyyət verilib. “Qəbələ”nin futbolçusu Hüseyn Xasməmmədli qarşılaşmanın 89-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığına görə 4 oyun cəzalandırılıb. “Qəbələ”nin futbolçusu Tunar Mehdiyev də hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığına görə 4 oyun cəzalandırılıb. “Qəbələ” rəsmisi Ayxan Cəfərzadə qarşılaşmanın 89-cu dəqiqəsində meydana daxil olaraq rəqib məşqçini vurmağa cəhd etdiyinə görə qırmızı vərəqə aldığına görə 2 oyun şərti olmaqla 4 oyun cəzalandırılıb. Sınaq müddəti 3 ay təyin edilib. “Qəbələ”nin futbolçusu Rəhman Şirinov da hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığına görə 4 oyun cəzalandırılıb.
U-13 Qızlar Liqasının “Ulduz” FA – “Xan Lənkəran” FK oyununda “Xan Lənkəran” komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutmayıb. Buna görə “Xan Lənkəran”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Qızlar Liqasının “Çinar” FK (Göyçay) – “Mil-Muğan” (İmişli) oyunu “Çinar” təyin edilən vaxt meydanda olmadığına görə baş tutmayıb. “Çinar”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Qızlar Liqasının “Dinamo” (Balakən) – “Dinci” FK (Zaqatala) oyununda “Dinci” komandası Əsasnaməyə uyğun yaş limitini pozduğuna görə “Dinci”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-15 Qızlar Liqasının “Ulduz” FA – “İnter” (Xaçmaz) oyununda “Ulduz” FA komandası Əsasnaməyə uyğun yaş limitini pozduğuna görə “Ulduz”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-17 Qızlar Liqasının “Zaqatala City” – “Marxal” (Şəki) oyununda “Zaqatala City” komandası Əsasnaməyə uyğun yaş limitini pozduğuna görə “Zaqatala City” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.