BOK-un prezidenti vəzifəsinə namizəd, Dünya Atletika İttifaqının rəhbəri, britaniyalı Sebastyan Koe seçiləcəyi təqdirdə bəzi idman növlərini Yay Olimpiya Oyunlarından Qış Olimpiadasına keçirməyi planlaşdırır.
Bu fikir Koenin seçki manifestində də öz əksini tapıb. Funksioner qərarını iqlim dəyişikliyinin dünya qarşısında qoyduğu tələblərin artması ilə izah edir.
“İqlim dəyişikliyi bizi əsaslı şəkildə təqvim, ilin harada və hansı vaxtında tədbirlərimizi keçirəcəyimiz barədə düşünməyə məcbur edəcək. Bəzilərimiz hətta Qış və Yay Oyunları arasında tarazlığa baxmaq lazım ola biləcəyini təklif edib. Bəzi idman növləri qapalı yerlərdə keçirilir. Nəzəri olaraq, onlar ilin başqa vaxtına, məsələn, Qış Olimpiadasına salına bilər.
İnnovasiyalar müasir dövrdə həlledici faktordır, biz yeni ideyalara açıq olmalıyıq”, – deyə Koe “BBC Sport”a müsahibəsində qeyd edib.