2025-ci il üçün atletika idman növü üzrə ölkə və Bakı yarışlarının təqvimi ilə bağlı Respublika Hakimlər Kollegiyasının iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
İclasda cari il ərzində hakimlərin göstərdiyi fəaliyyət barəsində müzakirə aparılıb.