Edin Ceko karyerasında 1000-ci oyunu keçirib. Bosniya və herseqovinalı hücumçunun yubileyi “Fənərbaxça”nın heyətində gerçəkləşib.

O, dünən “Eyupspor”la Super Liqa matçında (1:1) 1000-ə çatıb. 38 yaşlı veteran Bosniya və Herseqovinada ilk, dünyada 23-cü futbolçudur ki, oyun sayı dördrəqəmli ədədə qədər yüksəlib.

O, 8 klubda 861, millidə 139 oyuna çıxıb. Ceko “Jelezniçar”da (2003-05) 47, “Usti nad Labem”də (2005) 3, “Teplitse”də (2006-07) 47, “Volfsburq”da (2007-11) 142, “Mançester Siti”də (2011-16) 189, “Roma”da (2016-21) 260, “İnter”də (2021-23) 101 və “Fənərbaxça”da (2023-dən indiyədək) 72 dəfə şans qazanıb.

Qeyd edək ki, Edin milli çempionatlarda 644, ölkə kuboklarında 53, digər kuboklarda (Superkubok, Liqa kuboku və s.) 17, beynəlxalq klub turnirlərində 147 oyuna çıxıb.

Shares: