Basketbol üzrə Avroliqa turnirində 17-ci tura yekun vurulub.

Ən maraqlı qarşılaşma “Milano” ilə “Bayern” arasında olub. İlk dəqiqələrdən üstünlük əldə edən qonaqlar çətinliklə qalib gələ biliblər – 79:78. Münhen komandasının heyətində Edvards 25 xal toplayıb. İtalyanlarda isə ən məhsuldar 18 xal yığan Mirotiç olub.

“Anadolu Efes” evdə ardıcıl 3-cü qələbəsini qazanıb. Ənənəvi olaraq İstanbul klubu matça yaxşı başlamayıb. Lakin fasilədən sonra dönüş yaratmaq mümkün olub. Xüsusilə də son periodda 12 xallıq üstünlük “Partizan” üzərində qələbəyə (86:77) şərait yaradıb.

“Jalgiris” gözlənilmədən evdə ASVEL-ə məğlub olub – 72:78. “Virtus”un da irəliləyişi davam edir. İtalyanlar evdə “Barselona”ya 86:81 hesabı ilə qalib gəliblər. “Olimpiakos” autsayder “Alba”nı 90:85, “Srvena Zvezda” isə “Makkabi”ni 81:73 hesabı ilə məğlub edib.

Shares: