“Red Bull” Serxio Peresi Liam Lousonla əvəz etməyin nəticələri ilə üzləşməyə başlayıb. Bu qərardan əsəbiləşən meksikalılar “Red Bull”un sosial media hesablarını təqib etməkdən vaz keçməyə başlayıblar.
Peresin “Red Bull”dan ayrılması elan edildikdən sonra yüz mindən çox insan abunəliyini dayandırıb. Komanda təkcə ilk 7 saat ərzində 120.000 izləyicisini itirib və bu rəqəm artmaqda davam edir.
Keçmiş “Red Bull” fanatları və izləyiciləri artıq komandanı dəstəkləmədiklərini göstərən skrinşotları yayımlamaqla məşğuldurlar. Üstəlik, minlərlə fanat Peresə dəstək mesajları göndərir.
Bundan başqa “Red Bull”un meksikalı sponsoru və geyim istehsalçısı “Castore”, Perez atributları olan məhsullardan mümkün qədər tez qurtulmaq üçün mümkün olan hər bir şeyi edir. Çekonun köynəkləri və kepkalarını böyük endirimlərlə təklif edən satış kampaniyası başlayıb. Bir çox mallar keçən həftə ilə müqayisədə kəskin şəkildə – 70, hətta 80% ucuzlaşıb.