İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Ruben Diaş dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pep Qvardiola bildirib.

Mütəxəssis əzələsindən zədələnən 27 yaşlı futbolçunun dörd həftəyədək futbol oynamayacağını söyləyib.

Portuqaliyalı oyunçu cari mövsümdə “Mançester Siti”nin heyətində bütün turnirlərdə 19 oyun keçirib.

Shares: