“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 18-ci turu çərçivəsində səfərdə “Səbail”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini paylaşıb.

Futbolinfo.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:

“Olduqca vacib oyunda önəmli qələbə qazandıq. İlin son oyunu idi. Son oyunlar həmişə xüsusi olur. Futbolçular istər-istəməz istirahətə hazırlaşır. Belə matçlara köklənmək çətindir. Qarşımızda əzmkar “Səbail” var idi. Bilirdik ki, oyun ağır keçəcək. Elə də oldu. Şükürlər olsun ki, sonda lazım olan qolu vurub qələbə qazandıq. Mövsümün ikinci yarısına yaxşı hazırlaşmalıyıq. Çünki Azərbaycan çempionatında ikinci yarı həmişə çətin olub. Sona yaxınlaşdıqca hər xal önəmli olacaq”.

Shares: