Tərtər Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə rayon turniri keçirilib.
Əsas məqsədi sərbəst güləş idman növünü inkişaf etdirməkdən və potensiallı idmançıları aşkar etməkdən ibarət olan turnirdə 30 idmançı xalça üzərində öz güclərini sınayıb.
Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına uyğun keçirilən yarışda fərqlənən güləşçilər diplom və medallarla təltif ediliblər.