“Qasıq nahiyəmdə yırtıq problemi olduğu üçün həkimlər əməliyyat olunmağımı məsləhət gördü. Artıq təxminən iki aydır bu zədə ilə yaşayıram”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Turan Tovuz”un futbolçusu Faiq Hacıyev deyib.
25 yaşlı müdafiəçi oyunlara çıxdığı zaman ağrıkəsicidən istifadə etdiyini bildirib: “Bu müddət ərzində oyunlara çıxarkən ağrıkəsicilərdən istifadə etdiyim üçün oynaya bilmişəm. Son vaxtlar ağrılarımın daha da intensivləşməsi və gündəlik həyatımı ciddi şəkildə çətinləşdirməsi səbəbilə əməliyyata qərar verildi. Bu, ümumilikdə çox ağır əməliyyat olmasa da, xüsusi diqqət tələb edir. Türkiyəyə gedirəm və böyük ehtimalla dekabrın 24-də əməliyyat olunacağam. Hər şey istədiyimiz kimi getsə, 1 aydan tez müddətdə yenidən komandaya qoşulacağam”.
GÜNAY SÜLEYMANOVA