Misli Premyer Liqasında çıxış edən 2 futbolçu 2025-ci ilə cəzalı girəcək.

Futbolinfo.az saytının məlumatına görə, bunlar “Turan Tovuz”un oyunçularıdır.

Belə ki, müdafiəçi Şəhriyar Əliyev və hücumçu Aleks Souza yeni ilin ilk çempionat matçını buraxmalı olacaqlar. Buna səbəb odur ki, geridə qalan turun “Neftçi” ilə görüşündə Əliyev 8-ci, Sousa isə 4-cü sarı vərəqəsini alıb. Bu səbəbdən hər iki futbolçu cəzalı duruma düşüb. Onlar 19-cu turda “Kəpəz”lə görüşdə komandadan ayrı qalacaqlar.

Qeyd edək ki, Misli Premyer Liqasında 19-cu turun oyunları 17-19 yanvar aralığında keçiriləcək.

Shares: