Misli Premyer Liqasının 2024/25 mövsümünün ilk yarısında 90 oyun keçirilib.

Futbolinfo.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu matçlarda 144 min 355 tamaşaçı qeydə alınıb. Orta göstərici 1604-ə bərabər olub.

İlk 18 turun rekordu X turun “Neftçi” – “Qarabağ” matçında gerçəkləşib. “Neftçi Arena”ya 7069 seyrçi toplaşıb. Antirekord isə XI turun “Araz-Naxçıvan” – “Zirə” görüşünə məxsusdur: 80 tamaşaçı.

Klubların ev oyunlarındakı orta göstəricidə “Turan Tovuz” böyük üstünlüyə malikdir. “Neftçi” ikinci, “Sumqayıt” üçüncüdür. Bu 3 komanda ümumi orta göstəricidən yüksək nəticəyə sahibdir.

yerkomandaoyuntamaşaçıOrta
1Turan Tovuz9397004411
2Neftçi9219312437
3Sumqayıt9214502383
4Qarabağ9138201536
5Sabah9129041434
6Şamaxı998001089
7Kəpəz996501072
8Səbail96500722
9Zirə96400711
10Araz-Naxçıvan92200244
Cəmi901443551604
Shares: