Braziliya millisinin sabiq üzvü Villian Londonda klub dəyişməyinə peşman olub. Vaxtilə “Çelsi”dən “Arsenal”a keçən yarımmüdafiəçi bu addımının yanlış olduğunu bildirib.

Futbolinfo.az xəbər verir ki, Villian fikrini belə əsaslandırıb: “Kaş ki, “Çelsi”ni tərk etməyəydim. Orada xoşbəxt idim və karyeramın ən gözəl illəri keçirdi. “Arsenal”da xoşbəxt olmadım. Ona görə “topçular” üçün yaxşı oynaya bilmədim. Detallara varmaq istəmirəm. “Arsenal”a gdəndə motivasiyalı idim, özümü sübut etmək istəyirdim. Ancaq 3 aydan sonra menecerimə ayrılmaq istədiyimi, mənə yeni klub tapmasnı istədim”.

“Korintians”, “Şaxtyor”, “Anji” kimi klublarda oynamış Villian 2020-ci ildə 7 mövsüm çıxış etdiyi “Çelsi”ni azad agent kimi tərk etmişdi. Bir illik “Arsenal” macərasından sonra o, “Korintians” qayıtdı. Daha sonra 2 il “Fulhem”də çıxış edən brazilyalı hazırda “Olimpiakos”dadır. Mövsümün sonunadək müqaviləsi olan yarımmüdafiəçi Avropa Liqasında “Qarabağ”a qarşı matçda da oynayacaq.

Shares: