İsrailin “Hapoel” (Tel-Əviv) klubunun əsas səhmdarı Offer Yannai təşkilatı tərk edə bilər. Bu qərar komandanın özünün ləğvi ilə nəticələnmə riski yaradıb. Məlumatı “Eurohoops” portalı yayıb.
Yannainin klubu tərk etmə səbəbi Təl-Əviv arbitraj məhkəməsi tərəfindən təzyiq altında olmasıdır.
Funksionerdən ev meydançası olan “Shlomo Group Arena”nın yenidən qurulması üçün 6 milyon avrodan çox pul tələb olunub. Bu məsələ ilə bağlı Offer narazılığını bildirib. Üstəlik, Yannai “Hapoel”in son oyunundan sonra klub azarkeşlərinin qarşısına çıxaraq, vəziyyətin dəyişməyəcəyi halında vəzifəsini tərk etmək məcburiyyətində qalacağını bəyan edib.
Əgər Offer belə bir qərar verərsə, İsrail klubunun fəaliyyətini dayandırma ehtimalı yüksəkdir.