İsveçrənin SGS şirkəti AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin 2024-cü ildəki fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, şirkət tərəfindən AFFA-ya ünvanlanmış məktubda Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyətinin UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun olduğu qeyd edilib.
Klubların Lisenziyalaşdırılması Departamenti 2025/2026-cı illər Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.
SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.