“Liverpul” Trent Aleksandr-Arnoldla bağlı qərarını tezliklə verəcək. İngiltərə klubu ilə danışıqları davam etdirən cinah oyunçusu ilə bağlı məsələ yanvarın əvvəlində yekunlaşacaq.

Futbolinfo.az xəbər verir ki, mersisaydlılar Trentin maaşını artırmaqla onun mövsümün sonunda bitəcək müqaviləsini yeniləməsini istəyir. Bütün karyerasını “Liverpul”a həsr edən müdafiəçi isə “Real”ın daha cəlbedici təklifinə görə düşünmək məcburiyyətində qalıb.

Klub rəhbərliyi Aleksandr-Arnolda qərara gəlmək üçün vaxt verib. Müsbət cavab alınmazsa, o 30 milyon avroya satışa çıxarılacaq. Madridlilər onu mövsümün sonunda azad agent kimi heyətinə qatmaq istəyir, amma futbolçunu itirməmək üçün qışda xərcə düşməyə hazırdırlar.

Shares: