Naftalanda “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunan boks turniri keçirilib.
2009-2010, 2011-2012, 2013-2014-cü il təvəllüdlü uşaq və yeniyetmələr arasında keçirilən yarışda Naftalan və Mingəçevir şəhərlərindən, eləcə də Tərtər rayonundan olan idmançılar iştirak ediblər. Yarışın keçirilməsində məqsəd “Yaşıl Dünya Naminə Həmrəylik İli”nin qeyd ediməsi, boks idman növünə marağın artırılması və istedadlı idmançıların aşkar edilməsindən ibarətdir.
Yarışın sonunda fərqlənən dəri əlcək ustaları diplom və medallar ilə təltif olunublar.
BƏHRUZ MUSAYEV