“La Gazzetta dello Sport”un məlumatına görə, “Ferrari” komandası “F1-75” avtomobilini Karlos Saynsa hədiyyə edib. Bu boliddə ispan pilot karyerasında ilk qələbəsini qazanıb.
Karlos “Ferrari”dən avtomobil hədiyyə alan ilk pilot deyil. Əvvəllər bu şərəfə Formula 1 üzrə ikiqat dünya çempionu Fernando Alonso və dördqat titul sahibi Sebastyan Fettel də layiq görülüb.
“F1-75” ilə Sayns karyerasında ilk qələbəsini 2022-ci ildə Britaniyada qazanmışdı.
İspan sürücü 4 mövsüm “Ferrari”də çıxış edib. O, gələn il “Williams”ın şərəfini qoruyacaq. İtaliya komandasında Saynsın yerini Lyuis Həmilton tutacaq.