“Şamaxı” ilə müqaviləsnə xitam verilən gürcüstanlı futbolçu Georgi Kantariya durumu ilə bağlı açıqlama verib.

Futbolinfo.az saytına danışan yarımmüdafiəçi ölkəsində olduğunu bildirib: “Hazırda ölkəmdəyəm. Azərbaycanda haqqımda danışılanlarla bağlı heç bir şey yoxdur. Gürcüstanda yeni təklifləri gözləyirəm. Təkliflər gəlincə dəyərləndirməyə başlayacam”.

Qeyd edək ki, Kantariya oyunların nəticələrinin manipuliyasiyasında ittiham edilərək “Şamaxı”dan qovulub. Onun yanaşı Adil Nağıyev də klubdan kənarlaşdırılıb. Hazırda araşdırmalar davam edir.

Shares: