Markus Reşford İngiltərədə qalmaq istəyir. “Mançester Yunayted”dən ayrılacağı dəqiqləşən hücumçu klub seçim edir.

Futbolinfo.az xəbər verir ki, PSJ və “Atletiko”nun maraq göstərdiyi oyunçu İngiltərə yığmasına qayıtmaq istəyir. Bu səbəbdən o, məşqçilərin gözü önündə olmaq niyyətindədir. Reşford nümayəndələrinə ona maraq göstərən “Arsenal”la danışıqlara başlamağı tapşırıb. Hücumçu yanvarda keçidin rəsmiləşməsini istəyir.

“Mançester Yunayted”də yetişən, 2016-cı ildə əsas komandada debüt edən Markusun mövcud müqaviləsi 2028-ci ilin yayında başa çatacaq. Amma dəyəri 55 milyon avroya düşən 27 yaşlı oyunçu elə bu qış ayrılmaqda qərarlıdır.

Shares: