Qazaxıstan Futbol Federasiyası milli komandanın baş məşqçisi Stanislav Çerçesovla bağlı yazyılan xəbərləri təkzib edib. Rusiyalı çalışdırıcının uğursuz nəticələrə görə istefaya göndərildiyi haqda informasiyalar var idi.
Futbolinfo.az xəbər verir ki, federasiya xəbər yayarkən rəsmi məlumatlara əsaslanmağı məsləhət bilib. Qurum Çerçesovla mövcud müqavilənin olduğunu və əməkdaşlığın davam etdiyini vurğulayıb.
Xatırladaq ki, Çerçesov bu iln yayında Qazaxıstan millisinin baş məşqçi postuna təyinat alıb.