Eldar Şomuradov “Roma”nı tərk edəcək. O, yanvarda klubunu dəyişmək niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, özbək hücumçu baş məşqçi Klaudio Ranyerinin planlarına daxil deyil. 29 yaşlı oyunçu ya icarəyə veriləcək, ya da birdəfəlik satılacaq.
2021-ci ildə “Cenoa”dan 19 milyon avroya transfer edilən hücumçunun müqavilə müddəti növbəti mövsümün sonunda başa çatacaq. Bu müddətdə İtalyada “Spetsiya” və “Kalyari” kimi klublarda icarədə olan forvard paytaxt təmsilçisində möhkəmlənə bilməyib.