“Mançester Siti” Cek Qrilişi satmaq istəyir. “Şəhərlilər” rekord məbləğə transfer etdiyi yyarımmüdafiəçidən istədiyini ala bilmədiyindən, onunla vidalaşmağa çalışır.
Futbolinfo.az xəbər verir ki, oyunçunu istəyən olarsa, mançesterlilər elə bu qış satışın əleyhinə deyil. Onun göndərilməsindən əldə olunan qazanc yeni futbolçu keçidlərinə sərf olunacaq.
“Mançester Siti” Qrilişi 2021-ci iln yayında “Aston Villa”dan 117 milyon avroya almışdı. 2027-ci ilin yayınadək müqaviləsi olan 29 yaşlı yarımmüdafiəçinin hazırkı dəyəri 45 milyon avrodan çox deyil.