“Milan”ın daha bir futbolçusu İngiltərə klubunun maraq dairəsinə düşüb. Samuel Çukvueze Premyer Liqada oynaya bilər.
Futbolinfo.az xəbər verir ki, hücumçu ilə “Aston Villa” maraqlanır. Birmingemlilər 25 yaşlı nigeriyalı üçün 20 milyon avro xərcləməyə hazırdır.
İtaliya klubu heyətə düşməkdə çətinlik çəkən hücumçunu satmağın əleyhinə deyil. Lakin ötən ilin yayında “Vilyarreal”dan 21 milyon avroya alınmış Çukvuezedən qazanmaq üçün daha cəlbedici təklif gözləyirlər. “Aston Villa” 2028-ci ilin yayınadək müqaviləsi olan oyunçu üçün daha bir cəhd edəcək.