“Barselona” və “Mançester Yunayted” oyunçularını dəyişə bilər. Hər iki klub bir futbolçunu heyətində görmək istəmir. Maraqlıdır ki, onlar əks tərəfin marağını cəlb edənlərdir.
Futbolinfo.az xəbər verir ki, ingilislərin satmağa çalışdığı Markus Reşford İspaniya nəhənginin maraq dairəsindədir. “Barselona”nın yola salmağa çalışdığı Ansu Fati isə mançesterlilərin hədəfində olan oyunçulardandır.
Tərəflər hazırda mümkün oyunçu mübadiləsini müzakirə edir.